Şri-Lankada terror törədən təşkilatın adı məlum olub

22.04.2019 13:56
161
Şri-Lankada terror törədən təşkilatın adı məlum olub

Şri-Lankada terror aktlarını “Milli Tavhid-Camaatı” adlı qruplaşma törədib.


“Haber7” xəbər verir ki, bunu Şri-Lanka hökumətindən bildiriblər.


Paytaxt Kolomboda komendat saatı tətbiq olunub və aprelin 23-də ölkədə matəm elan edilib.


Qeyd edək ki, aprelin 21-də Kolomboda 7 terrorçu-kamikadze kilsə və otellərdə terror aktı törədiblər. Polis terror nəticəsində 290 nəfərin öldüyü, 500-dən insanın yaralandığını açıqlayıb (report).


“Milli Tavhid-Camaatı” qruplaşması İraq və İordaniyada fəaliyyət göstərən silahlı təşkilatıdr. 1999-cu ildə İrodaniyada Əbu Musab əz-Zəkəriyyə tərəfindən qurulub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND