"AER" dondurma şirkəti cərimələndi

23.09.2019 14:12
121
"AER" dondurma şirkəti cərimələndi

Sumqayıt Dövlət Yol Polisi Şöbəsi “AER Company Qrup” MMC barədə inzibati protokol tərtib edib.


Ekspress.az -ın xəbərinə görə, Sumqayıt Şəhər Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəcsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə yazılan protokola əsasən, şirkəti 300 manat cərimələyib.


Sumqayıt Şəhər Məhkəməsi i 29 iyul 2019-cu il tarixli qərarından şirkətin verdiyi şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb.


Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin edilməməsi barədə qərar elan edilib.


Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən və dondurma istehsalı ilə məşğul olan “AER Company Group” MMC olaraq məhsullarını “AER” ticarət nişanı altında müştərilərinə təqdim edir. (unikal)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND