İran və Rusiya mətbuatı özünü biabır etdi: “Mənbiçdə partlayışı Polad Ələmdar törədib” – FOTO

19.01.2019 14:19
231
İran və Rusiya mətbuatı özünü biabır etdi: “Mənbiçdə partlayışı Polad Ələmdar törədib” – FOTO

PKK terror təşkilatı Mənbiçdə törədilən partlayışa görə Türkiyənin əleyhinə təbliğata başlayıb.

Avropa.info xəbər verir ki, terrorçuların yalan xəbərinə istinadən edən İran televiziyası özünü biabır edib.


İranın yalan xəbəri yaymasıyla terrorçuların cəfəngiyyatı deşifrə olub. Belə ki, PKK-ın yaydığı yalan xəbərdə “MİT-in əmri ilə Mənbiçdə yeni terror aktı hazırlayan şəxsi yaxaladıq” sərsəmləməsi qeyd olunurdu.

PKK terror təşkilatının yalan təbliğatı Rusiyanın “Sputnik” agentliyində və İran Press TV-də yayımlanıb. Bu yalan xəbəri yayımlayan PKK terrorçuları həmin terror aktını törədən şəxsin “foto”sunu da xəbərə əlavə edib. Fotoda isə məşhur “Kurtlar vadisi” serialnının qəhrəmanı Polad Ələmdar əks olunub.


Sosial şəbəkələrdə oxucular tərəfindən çoxsaylı iradlar gəldikdən sonra media qurumları xəbəri silmək məcburiyyətində qalıb.


Xatırladaq ki, Mənbiçdə partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürüb. Mənbicdə bir kafedə törədilən partlayış nəticəsində 4 ABŞ əsgəri ölmüş, yaralananlar olmuşdu.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND