• 7 °C Bakı
  • -3 °C Quba
  • 5 °C Gəncə
  • 4 °C Yevlax
  • 1 °C Naxçıvan

İrəvanda taksi sürücüləri aksiya keçirib - SƏBƏB


22.02.2019 18:12
56
İrəvanda taksi sürücüləri aksiya keçirib - SƏBƏB

Ermənistanda bir qrup vətəndaş Yerevanın təzə meri Hayk Marutyanın istefası tələbi ilə hökumət binası qarşısında aksiya keçirib.


Ekspress.az xəbər verir ki, aksiyaçılara 500-ə yaxın taksi sürücüsü də qoşulub.


Aksiyaçıların Hayk Marutyanın mer seçkisindən əvvəl verdiyi sözlərin üstündə durmadığını bildirirlər. Taron Marqaryanın dövründə olduğu kimi, şəhərin problemləri bitib-tükənmir. Nəqliyyat sistemi hələ də düzgün işləmir. Bu sahədə xidmətin səviyyəsi çox aşağıdır. Hökumətin idarəçiliyi fırıldaqçılıq üzərində qurulub, vəziyyət isə getdikcə daha pis hal alır.

“Mer şəxsən biz taksi sürücüləri ilə görüşmüşdü. Araşdırmalar zamanı komissiyanın rəyindən sonra bəlli oldu ki, taksi sürücülərinə elektron qaydada tətbiq edilən cərimə protokolları qanunsuzdur. Hazırda 5000-ə yaxın taksi sürücüsü məhkəmələrdə süründürülür. Bilmirik ki, dərdimizi kimə deyək. Bizə kameraların səhv işləməsi ucbatından cərimə yazılıb. Mer Hayk Marutyan özü bunu təsdiqlədi və söz verdi ki, bir ayın içində sizin cərimələriniz silinəcək, kameralar isə yeniləri ilə əvəz olunacaq. İki aydan çox vaxt keçib nə kameralar yenilənib, nə də bizim cərimələr silinib”, - dəyə sürücülər qeyd ediblər. (Azərtac)


Bundan başqa, Ermənistanın baş prokurorluğu baş nazirin keçmiş müavini Armen Qevorkyanın həbsini tələb edir. Bundan ötrü birinci instansiya məhkəməsinin qərarına yenidən baxılması üçün kassasiya şikayəti verilib. Bu barədə baş prokurorluğun ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəisi Arevik Xaçatryan bildirib. Onun sözlərinə görə, Qevorkyan Konstitusiya quruluşunun devrilməsinə kömək etməkdə, külli miqdarda rüşvət almaqda, “çirkli pulların yuyulması”nda ittiham edilir.


  • SON XƏBƏR
  • TREND