Bolton - Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşü səbirsizliklə gözləyirəm


19.06.2019 09:18
60
Bolton - Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşü səbirsizliklə gözləyirəm

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcəyini bildirib.


Ekspress.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.


"Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında dialoqun davamına imkan yaratmaq üçün onlarla görüşü səbirsizliklə gözləyirəm", - deyə Bolton yazıb.


Onun sözlərinə görə, rəsmi Vaşinqton "regionda sülh məsələsinin irəliləyişində kömək göstərməyə hazırdır (report).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND