Quba yolunda avtomobil krana çırpılıb, sürücü ölüb

16.06.2019 10:16
110
Quba yolunda avtomobil krana çırpılıb, sürücü ölüb

Quba rayonunda ölümlə nəticələnən yol qəzası olub.


1992-ci il təvəllüdlü İkinci Nügədi kənd sakini Hüseynov Şahbaba Şirinağa oğlu səhər saatlarında idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yol kənarında duran qaldırıcı krana çırpılıb.


Hadisə nəticəsində avtomobildə tək olan sürücü ölüb (report).


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND