Bu siyasilər iqtidar - müxalifət dialoqunda niyə yox idi?

Bu gün Ana Vətən Partiyasının təşəbbüsü ilə “Park İnn” otelində “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda keçirilən və ciddi ictimai maraq doğuran konfransda səslənən iradlardan biri də ölkənin siyasi spektrinin tam şəkildə tədbirdə iştirak etməməsinə yönələn fikir oldu.
Bu irada cavab olaraq isə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı AXCP sədri Əli Kərimli istisna olmaqla, bütün siyasi partiya rəhbərlərinə dəvət göndərildiyini və onların böyük əksəriyyətinin tədbirdə iştirak etdiyini vurğuladı.
Maraqlıdır, tədbirdə kimlər iştirak etmirdi və onlar tədbirə niyə qatılmamışdılar?
Tədbirə qatılmayan partiya liderlərinin açıqlamalarını təqdim edirik:
Müsavat Partiyasının sədri Arif Hacılı: Məni "Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri" mövzusunda dəyirmi masaya Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı dəvət etmişdi.
Dəyirimi masada müzakirə olunan məsələnin mövzusunun qeyri-müəyyən olması və bizi qane etməməsi səbəbindən tədbirdə iştirak etmədim.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev:
Dəyirmi masaya dəvət olunmuşdum. Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin iclası var idi və mən orada iştirak edirdim deyə, təəssüf ki, dəyirmi masaya qatıla bilmədim.
Ümid Partiyasının sədri İqbal Ağazadə: Məni dəyirmi masaya dəvət etməmişdilər.
AXCP sədri Razi Nurullayev: Biz dəyirmi masaya dəvət olunmamışdıq.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə: Tədbirə dəvət olunmuşdum. Lakin mənim başqa vacib işlərim var idi deyə, iştirak edə bilmədim.
Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı da tədbirə dəvət olunmadığını bildirib.
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı ölkədə olmadığı üçün tədbirə qatıla bilməyib. Buna baxmayaraq, xalq şairinin xanımı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı tədbirdə iştirak və çıxış edib. (axar)
Ekspress.az
-
-
22.10 09:55
Ermənistan atəşkəs rejimini 20 dəfə pozub
-
21.10 16:05
Əli Kərimli özünə və iki polis əməkdaşına xəsarət yetirib
-
21.10 13:37
Əli Əhmədov: "Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur"
-
21.10 11:21
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
-
21.10 09:17
Müstəqillik Günü münasibətilə konsert olub
-
19.10 11:45
Pakistan: "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik"
-
19.10 10:00
Cəbhədə bu gecə də silahlar SUSMADI
-
18.10 16:11
Milli Məclisin növbəti iclasının vaxtı bilindi
-
17.10 15:57
DİN və Baş Prokurorluqdan mitinq təşkilatçılarına - XƏBƏRDARLIQ
-
16.10 11:26
Həmsədrlər Dağlıq Qarabağa gəliblər
-
15.10 13:34
"Türk Şurasının qurumlarını dəstəkləməliyik" - Ərdoğan
-
15.10 13:27
Rusiya parlamentinə Qarabağa qanunsuz səfərlə bağlı sorğu göndərilib
-
14.10 12:47
Nazir polis mayoruna vəzifə verdi
-
14.10 09:57
Atəşkəs rejimi 22 dəfə pozulub
-
14.10 09:43
İran-Azərbaycan sərhədində İNSİDENT: Sərhədçi bıçaqlandı
-
12.10 15:00
Ermənistanın müdafiə naziri Qarabağa gəlib
-
12.10 12:18
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
-
12.10 11:46
İlham Əliyev Nikol Paşinyanla Qarabağ məsələsini müzakirə ETDİ
-
11.10 17:00
Putin İlham Əliyevi Aİ toplantısına dəvət etdi
-
11.10 16:00
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
-
-