Nazirlik iki telejurnalistə vəzifə verdi

06.02.2019 17:50
252
Nazirlik iki telejurnalistə vəzifə verdi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni təyinatlar olub.


Ekspress.az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, bu məqsədlə onların sırasında mediada tanınmış daha iki nəfər də qoşulub:


“Belə ki, nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev təyinat alıb.

ATV-nin “Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə isə təyin edilib".

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND