"Qarabağ"a məğlubiyyətdən sonra APOEL baş məşqçisini qovdu


08.08.2019 13:26
168
"Qarabağ"a məğlubiyyətdən sonra APOEL baş məşqçisini qovdu

Kipr futbol klubu APOEL italiyalı baş məşqçi Paolo Tramedzani ilə yollarını ayırıb. 


Ekspress.az xəbər verir ki, bu qərara səbəb klubun Çempionlar Liqasının III təsnifat mərhləsində "Qarabağ"a məğlub olması (1:2) olub. 


APOEL baş məşqçiyə təşəkkür edib. APOEL Tramedzaninin yerinə 53 yaşlı alman Tomas Dollu gətirməyi planlaşdırır. 


Xatırladaq ki, "Qarabağ" - APOEL arasında cavab matçı 13 avqustda Bakıda keçiriləcək. /BAKU.WS