Bakıda 27 yaşlı qadını hoteldə zorladılar


29.08.2019 14:10
418
Bakıda 27 yaşlı qadını hoteldə zorladılar

Bakıda 27 yaşlı qadın zorlanıb.


Ekspress.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, hadisə martın 3-də Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, 25-də yerləşən hoteldə baş verib.


Lakin zərərçəkmiş bu müddət ərzində zorlanması barədə polisə məlumat verməyə cəsarət etməyib.


27 yaşlı qadının (adı məlum səbəblərdən açıqlanmır) 24-cü Polis Şöbəsinə təqdim etdiyi şikayət ərizəsinə görə, onu zorlayan şəxs Kəlbəcər rayonunun 41 yaşlı sakinidir. 


Polis hazırda məlumatın doğru olub-olmadığını araşdırır.


Qeyd edək ki, daxili işlər orqanları ayın əvvəlindən paytaxtda 11 zorlama faktı qeydə alıb, bunlardan onunun üstü açılıb. (big)


Ekspress.az

Açar sözlər: