• 13 °C Naxçıvan
  • 20 °C Bakı
  • 15 °C Quba
  • 17 °C Gəncə
  • 19 °C Yevlax

Popkorn satan uşaq TAPILDI: "Daimi işlə təmin ediləcək"


09.05.2019 16:35
129
Popkorn satan uşaq TAPILDI: "Daimi işlə təmin ediləcək"

"Azneft" meydanının altındakı yeraltı keçiddə popkorn satan oğlan tapılıb.


Ekspress.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.


O, bildirib ki, indicə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mənə zəng etdi: "Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.Onun telefonuna zəng etsələr də nömrə şəbəkə xidməti kənarındadır.Gənc arzu edərsə ona peşə məktəbinə qəbul olunmaq təklifi ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək" (big.az).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND