Bakıda iki avtobus DƏHŞƏTLİ qəza törətdi , 7 nəfər... YENİLƏNİB


10.09.2019 18:49
251
Bakıda iki avtobus DƏHŞƏTLİ qəza törətdi , 7 nəfər... YENİLƏNİB

Bakıda sərnişin avtobusları və minik avtomobilinin toqquşması ilə baş verən yol qəzasında 7 sərnişin xəsarət alıb.


Ekspress.az -ın məlumatına görə, yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Onlardan 6-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.


***


Bakıda iki sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.


Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında qeydə alınıb.


Qəza nəticəsində minik avtomobili, eləcə də 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub. 

Qəza ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırma aparılır. (report)


Ekspress.az

Açar sözlər: