Sahibkarlara 2 milyard manatdan çox güzəştli kredit verilib


31.07.2019 16:23
109
Sahibkarlara 2 milyard manatdan çox güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu bu günədək 2,3 milyard manat məbləğində güzəştli kredit verib.


Ekspress.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov innovativ sahibkarlığın inkişafına həsr olunmuş tədbirdə deyib.


Onun sözlərinə görə layihələrinin ümumi dəyəri 5,2 milyard dollar olan 36 min sahibkar kredit əldə edib.


Nazir müavini əlavə edib ki, bu kreditlər hesabına 166 mindən çox yeni iş yeri açılacaq. Həmin kreditlərin 1 milyard manatı büdcə, 1,3 milyard manatı geri qaytarılan vəsaitlər hesabına verilib. Kreditlərin 74 faizi regionlarda, 26 faizi Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib. Bu kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. (Trend)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND