Abşerondakı hoteldə qadının başına oyun açdılar


23.04.2019 11:15
354
Abşerondakı hoteldə qadının başına oyun açdılar

Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən “Oskar” hotelində 39 yaşlı Jalə Əliyeva döyülüb.


Ekspress.az xəbər verir ki, istinadən məlumatına görə, hadisə dünən axşam baş verib.


Qadın jurnalist olduğunu, restoranda şikayət əsasında çəkiliş apardığını söyləyib. Bundan sonra mübahisə baş verib və döyülüb (virtual.org). Qadının hansı mətbuat orqanında çalışdığı hələlik bəlli deyil.


Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov döyülmə faktını təsdiqləyib. Bildirib ki, qadın təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub, həyati təhlükəsi yoxdur.


Ekspress.az

Açar sözlər: