• 7 °C Bakı
  • -3 °C Quba
  • 6 °C Gəncə
  • 1 °C Yevlax
  • 2 °C Naxçıvan

Dünyada yeni bank fırıldağı növü yaranacaq - “Sberbank” belə düşünür

16.02.2019 18:40
74
Dünyada yeni bank fırıldağı növü yaranacaq - “Sberbank” belə düşünür

Yarım il ərzində dünyada yeni bank fırıldağı növü yaranacaq.


Ekspress.az xəbər verir ki, “Sberbank”ın İdarə Heyətinin sədr müavini Stanislav Kuznetsov bu haqda danışıb. O, bildirib ki, fırıldaqçılar robotların səsindən istifadə etməklə bankdan pul götürmək barədə düşünəcəklər.


Bank rəsmisi fikrini bir qədər əvvəl regionda körpünün inşası üçün yerli “qubernator”dan 5 milyard rubl vəsait almaq üçün aktyor İnnokentiy Smoktunovskinin səsindən istifadə edilməsi ilə əsaslandırıb.


“Bu, artist deyil, bunu robot edir. Mümkündür ki, bu üsul artıq mövcuddur”, - deyə İ.Kuznetsov qeyd edib. O həmçinin əlavə edib ki, artıq “Sberbank” belə cinayətlərə qarşı tədbirlər görülməsi üzərində işləyir və bu məsələ digər banklar üçün də aktualdır.


Bu ilin yanvarında özünü “Sberbank”ın əməkdaşları kimi təqdim edən şəxslər bankın müştərilərinə zəng ediblər. Onlar müştərilərə hesablarından qeyri-qanuni pul silinməsinin qarşısını almaq üçün tədbirlər görülməli olduğunu deyərək onlardan bir sıra məxfi məlumatları, o cümlədən kartlarının CVV kodunu istəyiblər.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND