• 18 °C Naxçıvan
  • 22 °C Bakı
  • 19 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax

Simeon Slavçev “Qarabağ”da qalacaq

14.05.2019 11:11
42
Simeon Slavçev “Qarabağ”da qalacaq


“Legioner həyatımda ilk dəfə çempion oluram. Biz mövsüm boyu çəkdiyimiz əməyin bəhrəsini gördük”.


Bunu “Qarabağ”ın futbolçusu Simeon Slavçev deyib.


Ağdam klubu ilə Topaz Premyer Liqasının çempionu olan bolqarıstanlı yarımmüdafiəçi bu uğuru barədə təəssüratlarını açıqlayıb: “Bu, bizim zəhmətin mükafatıdır. İlk çempionluğum olduğu üçün mənim üçün çox xoşdur. Mən Kiprdə “Apollon”la kuboku qazanmışam (ONA). Lakin çempionatdakı qələbə ayrı emosiyadır. Buna görə də çox həyəcanlıyam”.


Gələcək karyerası barədə danışan S.Slavçev “Qarabağ”dan ayrılmayacağını bildirib: “Mən “Qarabağ”ın futbolçusuyam və heç yerə getmirəm. Mənim komanda ilə müqaviləm var. Öncədən mənə komandaya uyğunlaşmaq üçün vaxt lazım idi. “Qarabağ” ailəyə bənzəyir ki, bu da məni xoşbəxt, növbəti çempionluq və özümü göstərməyə daha da motivasiya edir”.


Qeyd edək ki, S.Slavçev 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND