“Bu virus hər kəsdə var…” - Baş epidemioloq

04.02.2019 11:24
144
“Bu virus hər kəsdə var…” - Baş epidemioloq

"Hazırda ölkədə А/H1N1 virusu ilə bağlı hər hansı bir narahatlığa səbəb olacaq hal yoxdur".

Ekspress.az xəbər verir ki, bu sözləri “qafqazinfo.az”a ölkənin baş epidemioloqu İbadulla Ağayev bildirib.


O qeyd edib ki, müayinə zamanı vətəndaşların boğazından yaxma götürülür:


"Bu, elə bir şeydir ki, səndən, məndən də analiz götürülsə, çıxma ehtimalı yüksəkdir. Bu virus hər kəsdə var. Sadəcə orqanizm zəifləyəndə özünü büruzə verir. Hazırda sadəcə havaların soyuması ilə əlaqədar olaraq mövsümü qriplər var. 


Qorxulacaq, təşvişə səbəb olacaq heç bir şey yoxdur. Adi bir haldır, şişirdilir”.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND