• 10 °C Bakı
  • 6 °C Quba
  • 10 °C Gəncə
  • 10 °C Yevlax
  • 12 °C Naxçıvan

Bu gün milliyə yeni baş məşqçi seçiləcək

11.02.2019 15:14
110
Bu gün milliyə yeni baş məşqçi seçiləcək

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.


Saat 18:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:


1.Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi


2.Aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi


3.Digər məsələlər


İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar bu gün AFFA-nın saytında yerləşdiriləcək. İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb.


Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də saat 11:30-da Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND