KOBİA özəl İnvestisiya Fondu yaradacaq


13.06.2019 15:03
32
KOBİA özəl İnvestisiya Fondu yaradacaq

Bu ilin sonunadək İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunacaq özəl İnvestisiya Fondu fəaliyyətə başlayacaq.


Ekspress.az xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan biznes forumunda KOBİA-nın İdarə Heyətinin sədr müavini Mehman Abbas bildirib.


Onun sözlərinə görə, hazırda yeni maliyyə mexanizmləri formalaşdırılır: "Fondda xarici şirkətlərin, fondların iştirakı arzu ediləndir" (report).


Xatırladaq ki, KOBİA Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanına əsasən yaradılıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND