Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekord qırdı - VİDEO

09.03.2019 03:32
188
Şəmistan Əlizamanlının "Diriliş Ərtoğrul"da ifası rekord qırdı - VİDEO

Martın 6-da TRT-1 ekranlarında yayımlanan "Diriliş Ərtoğrul" serialı yeni bölümü ilə sezonun ən yüksək reytinqini toplayıb.

 

Ekspress.az xəbər verir ki, serialın 138 bölümünün yeni rekorda imza atmasında hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının da rolu olub. Belə ki, onun serialda Ozan rolunda ifa etdiyi "Süleyman şah oğlu igid Ərtoğrul" gecəyə damğasını vurub.

 

Sözügedən mahnı "Tvitter"də 70 minə yaxın tvitlə Türkiyədə birinci olub, 1 saat yarım ərzində isə dünya gündəmini zəbt edib.


VIDEO


  • SON XƏBƏR
  • TREND