Birləşmiş Ştatların neft ehtiyatları azalıb

04.07.2019 19:42
105
Birləşmiş Ştatların neft ehtiyatları azalıb

ABŞ-ın xam neft ehtiyatları azalıb.


Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,1 milyon barrel (0,1 faiz) azalaraq 468,5 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 12,8 milyon barrel azalmışdı.


ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.


Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,6 milyon barrel (0,7 faiz) azalaraq 230,6 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1 milyon barrel geriləmişdi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND