Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb


31.08.2019 19:12
62
Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb

Ötən ay Gürcüstana 243 389 Azərbaycan vətəndaşı səfər edib.


Ekspress.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

İllik müqayisədə Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb.


İyul ayında qonşu ölkə ən çox Azərbaycandan turist qəbul edib.

Hesabat ayında Gürcüstana, ümumilikdə, 1,1 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib.


Azərbaycanla yanaşı, Gürcüstana ən çox Rusiya (217 454 nəfər) və Ermənistan (211 726) vətəndaşları üz tutub. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND