"Kaşıkçının ölüm əmrini şahzadə verməyib” - Səudiyyəli nazir

10.02.2019 22:27
79
"Kaşıkçının ölüm əmrini şahzadə verməyib” - Səudiyyəli nazir

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman jurnalist Camal Kaşıkçının öldürülməsi əmrini verməyib”.


“Qafqazinfo” xəbər verir ki, bu sözləri xarici işlər üzrə dövlət naziri Adel əl Cübeyr deyib:


“Camal Kaşıkçının ölümü böyük faciə idi. Bu səhv idi və öz səlahiyyətləri xaricində hərəkət edən səudiyyəli rəsmilər tərəfindən törədilmişdi. Vəliəhd şahzadənin bununla hər hansı əlaqəsi yoxdur”.


Kaşıkçının cəsədinin harda olması ilə bağlı suala cavab olaraq nazir bunu bilmədiyini deyib. Nazir jurnalistin yerini təkcə qatillərin bildiyini və onların dindirilməsinin davam etdiyini əlavə edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND