Gürcüstanda azərbaycanlı ər-arvad xüsusi amansızlıqla qətlə yetirilib

07.06.2019 15:05
298
Gürcüstanda azərbaycanlı ər-arvad xüsusi amansızlıqla qətlə yetirilib

Gürcüstanın Qardabani rayonunda xüsusi amansızlıqla qətlə yetirilən ər-arvadın kimliyi məlum olub.


Gürcüstan bürosu xəbər verir ki, həmin şəxslər rayonun Aşağı Kəpənəkçi kənd sakinləri İskəndər Musayev və Şəfiqə Musayevadır.


Hadisənin təfərrüatı barədə hələ ətraflı məlumat verilmir.


Gürcüstanın Daxili İşlər Nazirliyində xüsusi amansızlıqla qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb (report).


Cinayəti törədən şəxs və ya şəxsləri 16 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzası gözləyir. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND