• 27 °C Bakı
  • 21 °C Quba
  • 26 °C Gəncə
  • 26 °C Yevlax
  • 28 °C Naxçıvan

Yerevanın divarlarına “Saxtanikol” haştaqını yazan 5 gənc saxlanılıb


19.04.2019 13:28
213
Yerevanın divarlarına “Saxtanikol” haştaqını yazan 5 gənc saxlanılıb

Ermənistanın paytaxtı Yerevan şəhərinin küçələrinin divarlarına ağ boya ilə “#SutNikol” (“Saxtanikol”) yazan 5 vətəndaş polisə aparılıb.


Ekspress.az xəbər verir ki, bu barədə Ermənistan Polisindən məlumat verilib. 

Onlara ölkənin inzibati qayda pozuntusu haqqında xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.


Bildirilib ki, həmin şəxslər Ermənistanın Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi “Mənim addımım” blokunun üzvləridir (report).


Qeyd edək ki, ötən günlərdə də oxşar aksiya keçirən gənclər saxlanılmışdı.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND