• 10 °C Bakı
  • 6 °C Quba
  • 10 °C Gəncə
  • 10 °C Yevlax
  • 11 °C Naxçıvan

Türkiyə futbol çempionatında lider xal itirib

17.03.2019 20:27
95
Türkiyə futbol çempionatında lider xal itirib

Futbol üzrə Türkiyə Superliqasının 26-cı turunun oyunları keçirilib. Lider “Başakşəhər” səfərdə “Kayserispor” ilə qarşılaşıb. Oyunda tərəflərin hərəsi bir dəfə fərqlənə bilib.


Hesabı 20-ci dəqiqədə meydan sahiblərinin hücumçu Şamil Cinaz açıb. Qarşılaşmada son nöqtəni oyunun vaxtına əlavə olunan dəqiqələrdə Emmanuel Adebayor qoyub. O, onbir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib: 1:1.


Bu bərabərlikdən sonra “Başakşəhər” 58 xalla turnir cədvəlində öz liderliyini qoruyub saxlayır.

Türkiyə Superliqasında XXVI turunun digər qarşılaşmasında “Yeni Malatyaspor” öz meydanında “Ankaragücü”nü 3:1 hesabı ilə məğlub edib. Digər İstanbul təmsilçisi “Qalatasaray” isə səfərdə “Bursaspor”la qarşılaşır. Görüş Bakı vaxtı ilə 20:00-da başlayıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND