Yanvarın 20-si Bakıda bəzi yollar bağlanacaq - DYP

18.01.2019 15:30
400
Yanvarın 20-si Bakıda bəzi yollar bağlanacaq - DYP


20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospetki ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaqdır.


Ekspress.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.


O bildirib ki, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcəkdir.

 

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə olunması, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyyə olunur.

Açar sözlər: