Be­ni­lüks öl­kə­lə­rin­də di­as­por işi güc­lə­nir

12.12.2018 19:52
387
Be­ni­lüks öl­kə­lə­rin­də di­as­por işi güc­lə­nir

Be­ni­lüks (Ni­der­land, Bel­çi­ka və Lük­sem­burq) öl­kə­lə­rin­də ya­şa­yan soy­daş­la­rı­mı­zın di­as­por fəa­liy­yə­ti son il­lər­də güc­lə­nib. Ar­tıq bu öl­kə­lər­də 17 di­as­por təş­ki­la­tı ya­ra­dı­lıb və on­lar bir­lik­də Be­ni­lüks Azər­bay­can­lı­la­rı Konq­re­si­ni tə­sis edib­lər.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na əsa­sən Be­ni­lüks öl­kə­lə­rin­də ən çox di­as­por təş­ki­la­rı Ni­der­land Kral­lı­ğın­da fəa­liy­yət gös­tə­rir. Ni­der­land Kral­lı­ğın­da 12 di­as­por təş­ki­la­tı var. Bu­ra­da 25 min azər­bay­can­lı­nın ya­şa­dı­ğı bil­di­ri­lir. Azər­bay­can­lı­la­rın tə­sis et­di­yi di­as­por təş­ki­lat­la­rı­nın 8-i No­ord-Hol­land əya­lə­tin­də­dir. Zu­id-Hol­land əya­lə­tin­də 2, No­ord-Bra­bant əya­lə­tin­də 2 di­as­por təş­ki­la­tı var.


Bel­çi­ka­da 5 di­as­por təş­ki­la­tı fəa­liy­yət gös­tə­rir. Bu öl­kə­də 3 min azər­bay­can­lı­nın ya­şa­dı­ğı­na da­ir qey­ri-rəs­mi mə­lu­mat var.


Lük­sem­burq­da isə di­as­por təş­ki­la­tı yox­dur.


Qeyd et­di­yi­miz ki­mi, Be­ni­lüks öl­kə­lə­rin­də ya­şa­yan soy­daş­la­rı­mız Be­ni­lüks Azər­bay­can­lı­la­rı Konq­re­si­ni tə­sis edib­lər. Bu öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən bir sı­ra Azər­bay­can di­as­por təş­ki­lat­la­rı 2006-cı ilin no­yab­rın 18-də Ams­ter­dam şə­hə­rin­də Be­ni­lüks Azər­bay­can­lıa­rı Konq­re­si­nin (BAK) tə­sis konf­ran­sı­nı ke­çi­rib­lər. BAK-ın tə­sis edil­mə­sin­də məq­səd Be­ni­lüks öl­kə­lə­rin­də­ki Azər­bay­can və türk­dil­li cə­miy­yət və dər­nək­lə­ri bir ara­ya gə­tir­mək, on­la­rın fəa­liy­yə­ti­ni əla­qə­lən­dir­mək­dir. Be­ni­lüks öl­kə­lə­rin­də məs­kun­la­şan soy­daş­la­rı­mı­zın ta­ri­xi və­tən­lə­ri ilə əla­qə­lə­ri­nin da­ha da möh­kəm­lən­di­ril­mə­si, türk­dil­li xalq­lar ara­sın­da bir­li­yin və həm­rəy­li­yin tə­min olun­ma­sı, mil­li-mə­nə­vi də­yər­lə­rin bir­gə qo­run­ma­sı və Av­ro­pa öl­kə­lə­rin­də təb­li­ği BAK-in fəa­liy­yət plat­for­ma­sı­nın əsas is­ti­qa­mət­lə­rin­dən bi­ri ki­mi mü­əy­yən edi­lib. Be­ni­lüks öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən və beş təş­ki­la­tı özün­də bir­ləş­di­rən İraq Türk­mən­lə­ri­nin Məc­li­si də konq­re­sin tər­ki­bi­nə da­xil olub. Konf­rans­da BAK-ın ni­zam­na­mə­si, bay­ra­ğı, ida­rə he­yə­ti, səd­ri təs­diq edi­lib. Ni­der­land-Azər­bay­can Cə­miy­yə­ti­nin tə­sis­çi­si Sa­hil Qa­sı­mov konf­rans­da BAK-ın səd­ri se­çi­lib. Tə­sis konf­ran­sın­da Xa­ri­ci Öl­kə­lər­də Ya­şa­yan Azər­bay­can­lı­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin (Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si) səd­ri də iş­ti­rak edib.


BAK-ın II qu­rul­ta­yı 2009-cu il mar­tın 7-də Ni­der­land Kral­lı­ğı­nın Ams­ter­dam şə­hə­rin­də ke­çi­ri­lib. Qu­rul­tay­da BAK-ın iki il­lik fəa­liy­yə­ti ilə bağ­lı fil­min nü­ma­yi­şin­dən son­ra təş­ki­la­tın səd­ri Sa­hil Qa­sı­mov he­sa­bat mə­ru­zə­si ilə çı­xış edib. Qu­ru­tay­da Azər­bay­ca­nın Ni­der­land Kral­lı­ğın­da­kı Föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri Fu­ad İs­gən­də­rov, Mil­li Məc­li­sin üzv­lə­ri, Azər­bay­can-Lük­sem­burq par­la­ment­lə­ra­ra­sı dost­luq qru­pu­nun rəh­bə­ri El­mi­ra Axun­do­va, Azər­bay­can-Ni­der­land Kral­lı­ğı­nın par­la­ment­lə­ra­ra­sı dost­luq qru­pu­nun rəh­bə­ri Adil Əli­yev, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin şö­bə mü­di­ri İl­ham Məm­mə­dov, Hol­lan­di­ya İş­çi Par­ti­ya­sı­nın üz­vü (PVDA), Ni­der­land Par­la­men­ti­nin üz­vü, mil­lət və­ki­li Kök­sal Gör, CDA par­ti­ya­sın­dan (Xris­ti­an Par­ti­ya­sı) Os­man Al­ma­ci, Av­ro­pa Türk De­mok­rat­lar Bir­li­yi­nin Baş ka­ti­bi Ah­met Su­at Ari, Qa­za­xıs­ta­nın Ni­der­land Kral­lı­ğın­da­kı sə­fir­li­yi­nin əmək­da­şı, BAK-ın İda­rə He­yə­ti­nin üz­vü, Be­ni­lüks­də Azər­bay­can­lı Gənc­lə­rin Ko­or­di­na­si­ya Şu­ra­sı­nın səd­ri Mu­sa Pün­han çı­xış edib­lər. Top­lan­tı­da Ams­ter­dam şə­hər me­ri­ya­sı­nın Eind­ho­ven şə­hər bə­lə­diy­yə­si­nin, Bra­bant əya­lə­ti­nin, Se­na­tor Coy­se Sil­vest­rin təb­rik mək­tub­la­rı səs­lən­di­ri­lib.

BAK-ın II qu­rul­ta­yın­da Qa­za­xıs­ta­nın sə­fi­ri Mai­nu­ra Mur­za­ma­di­ye­va, Uk­ray­na­nın sə­fi­ri Va­si­li Kor­zo­çen­ko, Gür­cüs­ta­nın sə­fi­ri Ma­ya Pan­çi­kiz­de və di­gər rəs­mi nü­ma­yən­də­lər iş­ti­rak edib­lər. Ey­ni za­man­da,qu­rul­ta­yın işi­nə qo­naq qis­min­də Al­ma­ni­ya­dan, Fran­sa­dan, Ru­mı­ni­ya­dan və İn­gil­tə­rə­dən Azər­bay­can di­as­por nü­ma­yən­də­lə­ri qa­tı­lıb.


İkin­ci qu­rul­tay­da Azər­bay­ca­nın mil­li-mə­nə­vi də­yər­lə­ri­nin, ta­ri­xi­mi­zin və zən­gin mə­də­niy­yə­ti­mi­zin bey­nəl­xalq aləm­də təb­li­ğin­də apar­dı­ğı məq­səd­yön­lü və uğur­lu fəa­liy­yə­ti­nə gö­rə YU­NES­KO-nun və İSES­KO-nun xəş­mə­ram­lı sə­fi­ri, Meh­ri­ban xa­nım Əli­ye­va­nın BAK-ın tə­sis et­di­yi yük­sək mü­ka­fa­ta la­yiq gö­rül­dü­yü ba­rə­də mə­lu­mat ve­ri­lib.


Qu­rul­tay BAK-ın təş­ki­lat mə­sə­lə­si­nə ba­xıb. El­se­vər Məm­mə­dov BAK-ın səd­ri se­çi­lib. Təş­ki­la­tın sa­biq səd­ri Sa­hil Qa­sı­mov isə BAK-ın fəx­ri səd­ri se­çi­lib.


BAK-ın III qu­rul­ta­yı 2011-ci ilin de­kab­rın 17-də Ni­der­land Kral­lı­ğın­da baş tu­tub. Qu­rul­tay­da Hol­lan­di­ya ic­ti­ma­iy­yə­ti­nin, Qa­za­xıs­tan, Uk­ray­na, Ru­mı­ni­ya, Tür­ki­yə ic­ma­la­rı­nın nü­ma­yən­də­lə­ri, di­as­po­ru­mu­zun təm­sil­çi­lə­ri, Be­ni­lüks öl­kə­lə­rin­də təh­sil alan tə­lə­bə­lər, yer­li və xa­ri­ci cur­na­list­lər iş­ti­rak edib.


Av­ro­pa İt­ti­fa­qın­da Azər­bay­can Lob­bist Qru­pu­nun rəh­bə­ri,VVD Par­ti­ya­sı­nın əya­lət və­ki­li, Türk Ha­va Yol­la­rı­nın Ams­ter­dam­da­kı nü­ma­yən­də­si, Əsir və İt­kin Düş­müş, Gi­rov Gö­tü­rül­müş Və­tən­daş­lar­la Əla­qə­dar Döv­lət Ko­mis­si­ya­sı iş­çi qru­pu­nun rəh­bə­ri və di­gər­lə­ri BAK ilə bir­gə fəa­liy­yət­lə­rin­dən da­nı­şıb.


2018-ci il də BAK üçün yad­da­qa­lan olub. Ca­ri il­də BAK IV Qu­rul­ta­yı­nı ke­çi­rib və ko­or­di­na­si­ya fəa­liy­yə­ti­ni güc­lən­di­rib. No­yabr­da BAK-ın IV Qu­rul­ta­yın­da Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də he­yə­ti iş­ti­rak edib. Təş­ki­lat­lar ara­sın­da əmək­daş­lı­ğın güc­lən­di­ril­mə­si, bir­gə fəa­liy­yə­tin təş­ki­li zə­ru­ri­li­yi­nin vur­ğu­lan­dı­ğı Qu­rul­tay­da El­se­vər Məm­mə­dov BAK-ın səd­ri se­çi­lib.

Qu­rul­tay­dan son­ra Hol­lan­di­ya­da təh­sil alan tə­lə­bə­lər­lə gö­rüş ke­çi­ri­lib. Haa­qa­da­kı Azər­bay­can Sə­fir­li­yin­də ke­çi­ri­lən gö­rüş­də tə­lə­bə­lə­rə di­as­por fəa­liy­yə­ti ilə bağ­lı hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər, gö­rü­lən iş­lər ba­rə­də mə­lu­mat­lar ve­ri­lib. Döv­lət Ko­mi­tə­si tə­rə­fin­dən ha­zır­la­nan pro­mo­vi­deo­lar, gö­rü­lən iş­lə­rə da­ir vi­deo­çarx təq­dim edi­lib, qar­şı­da du­ran və­zi­fə­lər ba­rə­də fi­kir mü­ba­di­lə­si apa­rı­lıb. Tə­lə­bə­lər di­as­por fəa­liy­yə­ti­nə dəs­tək ver­mə­yə və öl­kə­mi­zə da­ir hə­qi­qət­lə­rin da­ha ge­niş ya­yıl­ma­sın­da əl­lə­rin­dən gə­lə­ni et­mə­yə ha­zır ol­duq­la­rı­nı bil­di­rib­lər.


Ko­mi­tə­nin nü­ma­yən­də he­yə­ti­nin növ­bə­ti gö­rü­şü Hol­lan­di­ya­nın Os­ter­vik şə­hər me­ri Hans Cans­sen ilə ke­çi­ri­lib. Gö­rüş­də di­as­por fəa­liy­yə­ti, Azər­bay­can di­as­po­ru, iki­tə­rəf­li mü­na­si­bət­lə­rin in­ki­şaf et­di­ril­mə­si im­kan­la­rı ba­rə­də fi­kir mü­ba­di­lə­si apa­rıl­dı, şə­hər me­ri­nə xa­ti­rə hə­diy­yə­lə­ri təq­dim edi­lib. Gö­rüş iş­ti­rak­çı­la­rı Hol­lan­di­ya­nın Mil­li Qəh­rə­ma­nı, II Dün­ya mü­ha­ri­bə­si­nin iş­ti­rak­çı­sı Məm­məd Məm­mə­do­vun adı­nı da­şı­yan kü­çə­ni və ba­rel­ye­fi zi­ya­rət edib­lər.


Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də he­yə­ti Hol­lan­di­ya və Bel­çi­ka Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın tə­sis yı­ğın­ca­ğın­da da iş­ti­rak edib. Tə­sis yı­ğın­ca­ğın­da sə­fir­li­yin nü­ma­yən­də­lə­ri, təş­ki­lat rəh­bər­lə­ri, azər­bay­can­lı gənc­lər və di­gər qo­naq­lar iş­ti­rak edib.


Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı tə­şəb­bü­sü­nü müs­bət də­yər­lən­di­rən Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­dov Azər­bay­can di­as­po­ru­nun ye­ni in­ki­şaf is­ti­qa­mət­lə­ri ilə bağ­lı mə­lu­mat ve­rə­rək bil­di­rib ki, di­as­po­run qar­şı­sın­da du­ran ən baş­lı­ca mə­sə­lə təş­ki­lat­la­rın bir­gə fəa­liy­yə­ti­nə na­il ol­maq, di­as­por fəa­liy­yə­ti­ni ko­or­di­na­si­ya et­mək­dir. Av­ro­pa­nın bir sı­ra öl­kə­lə­rin­də, di­as­por təş­ki­lat­la­rı tə­rə­fin­dən, ar­tıq Ko­or­di­na­si­ya Şu­ra­la­rı­nın for­ma­laş­dı­rıl­dı­ğı­nı qeyd edən Ko­mi­tə rəh­bə­ri qeyd edib ki, yal­nız ko­or­di­na­si­ya olu­nan bir­gə fəa­liy­yət, təş­ki­lat­la­rın bir-bi­ri və Döv­lət Ko­mi­tə­si ilə sıx əmək­daş­lı­ğı nə­ti­cə­sin­də hə­dəf­lə­rə çat­maq müm­kün­dür. Ey­ni za­man­da, qeyd edi­lib ki, Döv­lət Ko­mi­tə­si də bir­gə, kol­le­gi­al qə­rar­la­ra da­ha çox üs­tün­lük ve­rə­cək.

Top­lan­tı­da çı­xış edən Hol­lan­di­ya və Bel­çi­ka­da­kı di­as­por təm­sil­çi­lə­ri də müa­sir dövr­də təş­ki­lat­lar ara­sın­da əmək­daş­lı­ğın va­cib­li­yi­ni vur­ğu­la­ya­raq va­hid şu­ra­da bir­ləş­mək və gə­lə­cək pers­pek­tiv­lər­lə bağ­lı öz fi­kir­lə­ri­ni bil­di­rib. Mü­va­fiq Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı və ko­or­di­na­to­run se­çil­mə­si ilə bağ­lı tək­lif­lər səs­lən­di­ri­lib.


Be­lə­lik­lə, gö­rüş­də Hol­lan­di­ya-Bel­çi­ka Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı tə­sis edi­lib. Yı­ğın­caq­da "Eu­ro­AzNL" təş­ki­la­tı­nın rəh­bə­ri Emil Əli­yev və "Ana və­tən" Ni­der­land Azər­bay­can­lı Qa­dın­lar Bir­li­yi­nin səd­ri Mai­sə Ağa­mir­zə­ye­va (Gün­doğ­du) Ko­or­di­na­si­ya Şu­ra­sı­nın əla­qə­lən­di­ri­ci­lə­ri se­çi­lib.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də he­yə­ti Av­ro­pa­ya sə­fər za­ma­nı Bey­nəl­xalq Miq­ra­si­ya Təş­ki­la­tı­nın Hol­lan­di­ya nü­ma­yən­də­li­yi­nin rəh­bə­ri An­to­nio Po­lo­sa ilə gö­rüş ke­çi­ri­lib.

Miq­ra­si­ya və di­as­por mə­sə­lə­lə­ri­nin mü­za­ki­rə edil­di­yi gö­rüş­də gə­lə­cək əmək­daş­lı­ğa da­ir fi­kir mü­ba­di­lə­si apa­rı­lıb. Döv­lət Ko­mi­tə­si­nin rəh­bə­ri müa­sir dövr­də miq­ra­si­ya pro­ses­lə­ri­nin qa­çıl­maz ol­du­ğu­nu və di­as­por hə­rə­ka­tı­nın əsas tər­ki­bin­də miq­rant­la­rın xü­su­si yer tut­du­ğu­nu bil­di­rib. Ey­ni za­man­da, qeyd edib ki, miq­rant­la­rın də­qiq bir sta­tis­ti­ka­sı­nın ol­ma­sı da va­cib­dir.


Bey­nəl­xalq Miq­ra­si­ya Təş­ki­la­tı­nın nü­ma­yən­də­si isə öz növ­bə­sin­də, miq­ra­si­ya­nın cid­di bir pro­ses ol­du­ğu­nu, miq­rant­la­rın hə­ya­tı, sa­yı­nın mü­əy­yən edil­mə­si və s. is­ti­qa­mət­lər­də əmək­daş­lı­ğın zə­ru­ri­li­yi­ni qeyd edib. Bil­di­rib ki, Bey­nəl­xalq Miq­ra­si­ya Təş­ki­la­tı bu mə­sə­lə­lər­lə bağ­lı əmək­daş­lı­ğa ha­zır­dır.

Qeyd edək ki, no­yabr­da Av­ro­pa­da Azər­bay­can mu­si­qi­si­ni təb­liğ edən soy­da­şı­mız, uzun il­lər­dir Hol­lan­di­ya­da ya­şa­yan mu­si­qi­çi, skrip­ka ifa­çı­sı di­as­por fəa­lı Ba­baş Əli­yev (Azə­ri) uzun sü­rən xəs­tə­lik­dən son­ra 58 ya­şın­da və­fat edib.


20 ilə ya­xın­dır ai­lə­si ilə bir­gə Hol­lan­di­ya­ya kö­çən Ba­baş Əli­yev mu­si­qi sa­hə­sin­də ça­lış­maq­la ya­na­şı, di­as­por fəa­liy­yə­ti ilə də məş­ğul olub. O, ey­ni za­man­da Hol­lan­di­ya­da xər­cəng xəs­tə­li­yin­dən əziy­yət çə­kən uşaq­lar üçün xey­riy­yə kon­ser­ti təş­kil et­miş ilk azər­bay­can­lı­dır. Bu ilin fev­ral ayın­da Nay­mer­xen şə­hə­rin­də or­kest­rlə ke­çi­ri­lən kon­sert­dən yı­ğı­lan və­sa­it uşaq xər­çən­gi ilə mü­ba­ri­zə apa­ran "Ki­Ka" Fon­du­na kö­çü­rü­lüb.


Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND