Məşhur manekenin gözəllik sirri

07.02.2019 15:24
689
Məşhur manekenin gözəllik sirri

Miranda Kerrin gözəllik sirri heyrətləndirir! Məşhur gözəl 12 yaşından bu suyu içir...

Avstraliyalı top model Miranda Kerr gözəl qalmağı necə bacarır? Məşhur maneken gözəllik sirrləri ilə bölüşdü...



Səhərləri qəhvə içmək vərdişini buraxın. Əvəzində səhəri içinə limon sıxılmış bir stəkan ilıq su ilə başlayın. Bunu adət etsəz, günü yüksək enerji ilə başlayarsız, iştahanız azalar və nəfəsiniz təravətli olar.


Smuzi çox xeyirlidir


Gününüzü yaşıl smuzi ilə başlayın. Bu orqanizmin mineral və vitaminlərə olan ehtiyacını ödəyər.  



Su için, həm də çox su


Su orqanizm üçün çox faydalıdır. Bunu bəlkə də hər kəs bilir. Miranda suya hind tutu, limon və ya zəncəfil əlavə etməyi sevdiyini deyir. Bu əlavələrlə olan su gün boyu enerjinizi yüksəltmək üçün mükəmməldir.


Ürəyinizin istədiyi qida məhsullarını yemək və yeməkdən zövq almaq da önəmlidir.

Miranda hesab edir ki, əsas məsələ kaloriləri saymaqda deyil, yediyiniz qidadan sonra özünüzü necə hiss etməyinizdir.


Özünüzə güvənin


Miranda Kerr həm də məsləhət görür ki, gözəl görünmək üçün özgüvən önəmlidir. Özünüzü sevin, müsbət hisslərlə yaşayın.


Ekspress.az

 

  • SON XƏBƏR
  • TREND