Ağstafada ağır yol qəzası: bir nəfər öldü, digəri xəstəxanalıq oldu


10.09.2019 16:50
73
Ağstafada ağır yol qəzası: bir nəfər öldü, digəri xəstəxanalıq oldu

Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 9-da saat 17 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini Elvin Heydərovun idarə etdiyi "VAZ-2121" və R.Fərəcovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.


Nəticədə E.Heydərov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND