"Neftçi" 3 futbolçusu ilə yollarını ayırdı: ADLAR

15.05.2019 19:58
104
"Neftçi" 3 futbolçusu ilə yollarını ayırdı: ADLAR

"Neftçi" komandası üç futbolçusu ilə yollarını ayırıb. 


Klubun rəsmi saytında yer alan xəbərə görə, flaqman müdafiəçilər Petru Raku, Məhəmməd Mirzəbəyov və yarımmüdafiəçi Qoran Paratski ilə müqaviləni yeniləməyib. 


Klub hər bir oyunçuya gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, "Neftçi" 2018-2019 mövsümünü 58 xalla ikinci pillədə başa vurub. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND