Azərbaycanda internet vasitəsilə bank hesabı açmaq mümkün olacaq

16.05.2019 20:48
147
Azərbaycanda internet vasitəsilə bank hesabı açmaq mümkün olacaq


Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq.


Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib.


O qeyd edib ki, bununla bağlı olaraq Palata Mərkəzi Bankla danışıqlar aparır:


“Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”.


T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər:

“Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır (trend). Digər yanaşma isə, bank hesabının videoəlaqə vasitəsilə açılmasını nəzərdə tutur”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND