İntihar edən gəncin məktubu tapıldı - "Bağışla məni ana..." – FOTO/VİDEO


21.10.2019 14:17
371
İntihar edən gəncin məktubu tapıldı - "Bağışla məni ana..." – FOTO/VİDEO

İki gün bundan öncə – oktyabrın 19-u axşam saatlarında Şabran rayonunda baş verən intihar hadisəsi barədə məlumat vermişdik. 22 yaşlı gənc özünü kirayə qaldıqları Şabran rayonundakı mənzildən asaraq intihar etmişdi.


Qeyd edək ki, intihar edən şəxs Quba rayon Xaltan kənd sakini 1997-ci il təvəllüdlü Əliməmmədov Mərhəmət Zahid oğludur. O, anası ilə Şabran rayonunda kirayə qalaraq şəxsi təsərrüfatlarda fəhlə işləyib. Anası ilə çiyin-çiyinə çalışan Mərhəmət Əliməmmədov hər zaman sosial durumlarından dolayı gileylənib və buna görə özünü anasının qarşısında günahkar bilib.


Azərbaycanda intihar edən gəncin tükürpədən məktubu tapıldı –"Bağışla məni ana..." – FOTO/VİDEO


“Hələ cavanam ana. Amma mütləq səni bir gün xöşbəxt edəcəm. Rahat və gözəl bir ev alacam sənin üçün anacan. Və heç vaxt işləməyəcəksən. Az qalıb. Bir az da döz, ana!”.


Mərhəmət Əliməmmədov bu sözləri intihar etməzdən əvvəl anasına deyib. Amma sonda nə anasına, nə də cavan canına mərhəmət göstərmədən intihar yolunu seçib. İntihar etməzdən öncə anası üçün bir məktub da yazıb.


“Bağışla məni ana! Nə səni yaşada bildim nə də özümü. Qurban olum ana, bağışla məni!”.


Mərhəmət Əliməmmədov doğulduğu Quba rayonunda dəfn edilib. Faktla əlaqədar Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb.


(konkret.az)


Ekspress.az

Açar sözlər: