Con Bolton İlham Əliyevlə müzakirələr aparıb

30.01.2019 03:36
466
Con Bolton İlham Əliyevlə müzakirələr aparıb

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Azərbaycan prezidenti İlham Əliyevlə müzakirələr aparıb.


Ekspress.az xəbər verir ki, C.Bolton bu barədə özünün tvitter səhifəsində məlumat yazıb.


"Bu gün mən Prezident İlham Əliyevlə danışdım. Biz enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bir sıra birgə maraqlarını müzakirə etdik", - deyə C.Bolton bildirib.


Ekspress.az

Açar sözlər: