• 27 °C Bakı
  • 21 °C Quba
  • 26 °C Gəncə
  • 26 °C Yevlax
  • 28 °C Naxçıvan

OPEC+ çərçivəsində razılaşma uzadılmaya bilər

23.04.2019 21:40
78
OPEC+ çərçivəsində razılaşma uzadılmaya bilər


ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların sərtləşdirilməsi OPEC+ çərçivəsində neft hasilatını azaltmaq üçün razılaşmanın uzadılması zərurətini aradan qaldıracaq.


Rusiya mətbuatı xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözlərinə görə, İran rejiminə maksimum təzyiq - tam miqyaslı təzyiq deməkdir. Buna görə də ABŞ İran neftinin idxalçıları üçün heç bir istisna etməyəcək. Vaşinqtonun məqsədi İranın neft ixracını sıfıra endirməkdir.


2018-ci ilin mayında ABŞ İranın nüvə proqramı sazişindən çıxaraq, bu ölkəyə qarşı ilk sanksiyalarını tətbiq edib və həmin ilin noyabrın 4-də İrandan neftin alınmasına dair qadağa qüvvəyə minib. Lakin, sonra ABŞ səkkiz ölkəyə (Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan) 180 günlük möhlət verib. Ağ Ev artıq xəbərdarlıq edib ki, 2019-cu ilin mayın 2-də sözügedən müddət başa çatır.


OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb (ONA). OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadılması məsələsinin müzakirəsi mayda başlayacağı barədə deyilirdi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND