Tünzalə, Röya və Mir Yusifə “Xalq artisti” fəxri adı verilib

21.10.2019 17:20
361
Tünzalə, Röya və Mir Yusifə “Xalq artisti” fəxri adı verilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında" sərəncam imzalayıb.


Ekspress.az report -a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilib:


Ağayeva Tünzalə Qabil qızı

Mirbabayev Mir Yusif Mir Heydər oğlu

Nəcəfova Röyalə Yaqub qızı (Röya).


Ekspress.az