Azərbaycanın hərbi qulluqçusu şəhid olub


09.06.2019 19:15
132
Azərbaycanın hərbi qulluqçusu şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.


Ekspress.az report -a istinadən xəbər verir ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.


Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!


Ekspress.az

  • SON XƏBƏR
  • TREND