İsmayıllı meşələri YANIR

26.08.2019 12:20
136
İsmayıllı meşələri YANIR

İsmayıllı meşələrində yanğın başlayıb.


Ekspress.az xəbər verir ki, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev məlumat verib.


R.Ağayevin sözlərinə görə, yanğın rayonun Şəbiyan, Keyvəndi və Pirəbilqasım kəndləri ərazisində yerləşən kolluq-meşə sahəsində qeydə alınıb.


Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və 150-yə yaxın canlı qüvvəsi cəlb edilib.


Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Ekspress.az


Açar sözlər: