Bakıda 3 nəfərin öldüyü hadisə ilə bağlı rəsmi məlumat açıqlanıb

18.06.2019 13:12
116
Bakıda 3 nəfərin öldüyü hadisə ilə bağlı rəsmi məlumat açıqlanıb

Daxili İşlər Nazirliyi dünən Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.


İyunun 17-də saat 17 radələrində Bakı-Qazax yolunun 22-ci km-də Qaradağ rayonu ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi “Toyota Prado” markalı avtomobili qarşıda gedən paytaxt sakini Mehman Ağayevin idarə etdiyi “Ford” markalı mikroavtobusa vurub və zərbədən “Ford” markalı avtomobil yol ayırıcısına çırpılaraq aşıb (publika.az).


Nəticədə mikroavtobusdakı sərnişinlərdən Hindistan vətəndaşları - Jayachandran Prasad, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində ölüb, Banqladeş vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad, habelə “Toyota Prado”dakı sərnişin, Bakı şəhər sakini Q.İbrahimova xəstəxanaya yerləşdiriliblər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND