Yunanıstanda uşaq ticarəti ilə məğşul olan dəstə zərərsizləşdirilib

26.09.2019 10:30
69
Yunanıstanda uşaq ticarəti ilə məğşul olan dəstə zərərsizləşdirilib

Yunanıstan polisi keçirdiyi iri miqyaslı əməliyyat nəticəsində uşaqların qanunsuz yolla övladlığa götürülməsi, surroqat anaların yığılması, toxum hüceyrələrinin ticarəti ilə məşğul olan dəstə üzvlərini zərərsizləşdirib.


Ekspress.az xəbər verir ki, bu barədə Salonikin Təhlükəsizlik İdarəsinin rəhbəri, polis general-mayoru Antonios Tzitzis bildirib.


Salonikin müxtəlif rayonlarında keçirilmiş əməliyyatda təxminən 80 polis əməkdaşı iştirak edib.


"Biz 12 nəfəri həbs etdik. Ümumilikdə cinayətdə əli olan 66 nəfər barəsində cinayət işi qaldırılıb. Bu, polis tərəfindən aşkarlanmış uşaqların qanunsuz övladlığa götürülməsi və toxum hüceyrələrinin ticarəti ilə məşğul olan ən böyük mütəşəkkil qruplaşmalardan biridir. Xüsusi halda, uşaqların qanunsuz yolla 22 övladlığa götürülməsi hadisəsi qeydə alınıb", - deyə Tzitzis mətbuat konfransında bildirib. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND