“Messi ilə eyni dövrdə yaşamaq xoşbəxtlikdir”

18.03.2019 22:12
131
“Messi ilə eyni dövrdə yaşamaq xoşbəxtlikdir”


"Barcelona"nın baş məşqçisi Ernesto Valverde La Liqa çərçivəsində "Betis"lə səfər matçını (4:1) şərh edib.


Ekspress.az "goal.az"a istinadla xəbər verir ki, çalışdırıcı Lionel Messinin oyunundan zövq aldığını deyib.


“Matç tam üstünlüyümüzlə keçdi. Səfərdə belə oyun məni qane etdi. Messinin oyunundan zövq aldım. Het-trik etməsi onun qol vurmaq bacarığını bir daha təsdiqlədi. Betis azarkeşləri hücumçumuzu ürəkdən alqışladı. Baxmayaraq ki, vurduğu qollarla onları məyus etmişdi. İlk dəfə idi ki, fanatların rəqib hücumçunu alqışladığını görürdüm. Messi ilə eyni dörvrdə yaşamaq xoşbəxtlikdir”, - mütəxəssis deyib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND