Avropa Oyunlarının məşəlinin Afinada yandırılmasına qadağa qoyulub


03.05.2019 15:15
212
Avropa Oyunlarının məşəlinin Afinada yandırılmasına qadağa qoyulub

Beynəlxalq Olimpiya Komitəsi (IOC) kommersiya hüquqlarının qorunması üçün Avropa Olimpiya Komitələrinə (EOC) qədim olimpiada məşəlinin yandırılması elementlərindən istifadəni qadağan edib.


Ekspress.az xəbər verir ki, bu barədə "Minsk 2019" II Avropa Oyunlarının Əməliyyat Komitəsinin rəhbəri Georgi Katulin bildirib.  


"Avropa Oyunlarının məşəlinin yandırılma mərasiminin ssenarisi EOC rəsmiləri tərəfindən uzun müddət müzakirə olunub. Çünki kommersiya hüquqlarının müdafiəsinə arxalanaraq, IOC olimpiadada olduğu kimi məşəlin Yunanıstanda yandırılmasını qadağan edib. Bakıdakı ilk Avropa Oyunlarında məşəlin yandırılmasında fərqli tədbirdən istifadə olunub. O, yarışın təşkilatçıları təbii fenomendən - torpaqdan çıxan alovdan istifadə etdilər, ancaq belə bir prosedur bütün Avropa üçün universal ola bilməz. EOC-un qərargahında bütün Avropa Oyunları üçün simvol tərtib oluna bilər" deyə Katulin vurğulayıb (report). 


Qeyd edək ki, "Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. Yarışın məşəli bu gün İtaliyanın paytaxtı Romada yandırılacaq. 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunmuş I Avropa Oyunlarının məşəli isə Bakının Suraxanı rayonundakı "Atəşgah" məbədində yandırılıb.


Ekspress.az