Gürcüstanda yeni parlament sədri seçilib

25.06.2019 14:57
59
Gürcüstanda yeni parlament sədri seçilib

Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib.


Onun namizədliyi səs çoxluğu ilə təsdiqlənib. 


A.Talakvadzenin lehinə 101 deputatdan 94-ü səs verib.


Parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər (report). 


Qeyd edək ki, A.Talakvadzenin 36 yaşı var. O, 2016-cı ildən hakim Gürcü Arzusu Partiyasının deputatı və parlament çoxluğunun lideridir. A.Talakvadze 2012-2014-cü illərdə Gürcüstanın penitensiar sistem və probasiya nazirinin müavini, 2014-2016-cı illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb.


Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze iyunun 21-də istefa verib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND