Naxçıvan Qarnizonu təlimə start verdi

09.09.2019 15:34
50
Naxçıvan Qarnizonu təlimə start verdi

Naxçıvan Qarnizonu qoşunlarında növbəti təlimə start verilib. 


Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Ekspress.az -a verilən məlumata görə, Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb. Təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. 


“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND