"Səbail" futbol klubu Maykl Essyeni heyətinə qatıb

16.03.2019 16:20
152
"Səbail" futbol klubu Maykl Essyeni heyətinə qatıb

"Səbail" klubu tanınmış futbolçu Maykl Essyeni heyətinə qatıb. 


Klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın verdiyi məlumata görə, paytaxt təmsilçisi təcrübəli yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalayıb. 


Essyen həmçinin”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.


Qeyd edək ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi azad agent kimi "Səbail"ə keçib. Peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb (report). Təcrübəli futbolçu “Çelsi” formasında 168 oyunda 19 qol vurub. O, İspaniyanın “Real Madrid" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub.


Maykl Essyen martın əvvəllərində Avropa Liqasının final matçına həsr olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün də Azərbaycana gəlib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND