Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala yüksəlib


09.08.2019 22:06
151
Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-pri turnirində finala yüksəlib. 


Ekspress.az -ın məlumatına görə, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Ermənistan təmsilçisi Maksim Manukyanı məğlubiyyətə uğradıb. Hüseynov rəqibinə tam üstünlüklə - 9:1 hesabı ilə qalib gəlib. 82-kq-da yarışan digər güləşçi Elvin Mürsəliyev yarımfinalda məğlub olub. O, bürünc medal uğrunda görüşə çıxacaq.


97 kq-dakı Orxan Nuriyev də finala vəsiqə qazana bilib. Pəhləvan yarımfinalda dünya çempionu fransalı Melonen Numonvini məyus edib. 130 kq-dakı Beka Kandelaki də Mürsəliyev kimi üçüncü yer uğrunda qüvvəsini sınayacaq.


Sərbəst güləşçilərdən isə Hacımurad Məhəmmədsəidov (86 kq) finala adını yazdırıb. 


Qeyd edək ki, bu çəki dərəcələrindəki medal görüşləri sabah keçiriləcək. (report)


Ekspress.az