Paracüdo üzrə Qran-pri turnirinin ilk günündə 9 medal qazanıldı - YENİLƏNİB


13.05.2019 19:50
129
Paracüdo üzrə Qran-pri turnirinin ilk günündə 9 medal qazanıldı - YENİLƏNİB


Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirinin ilk gününü 9 medalla başa vurub.


Ekspress.az xəbər verir ki, son olaraq 81 kq çəkidə dərəcəsindəki final görüşündə Hüseyn Rəhimli Özbəkistan təmsilçisi Davurxom Karomatovla üz-üzə gəlib. Rəqibinə uduzan Azərbaycan idmançısı gümüş medalla kifayətlənib.


Qeyd edək ki, Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Vüqar Şirinli (60 kq) qızıl, Afaq Sultanova (57 kq), Bayram Mustafayev (66 kq) gümüş, Bəsti Səfərova (52 kq), Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) isə bürünc medal götürüb (report).

Yarışa mayın 14-də yekun vurulacaq.


***

Azərbaycan millisinin Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirinin ilk günündə qazandığı medalların sayı 8-ə çatıb.


Ekspress.az -ın məlumatına görə, 57 kq-da Azərbaycanın iki cüdoçusu - Sevda Vəliyeva və Afaq Sultanovanın görüşündə birinci qalib gəlib. Beləliklə, onlar müvafiq olaraq qızıl və gümüş medal əldə ediblər.


Qeyd edək ki, Şahanə Hacıyeva (48 kq) ilə Vüqar Şirinli (60 kq) qızıl, Bayram Mustafayev (66 kq) gümüş, Bəsti Səfərova (52 kq), Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) bürünc medal qazanıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND