Putin ABŞ-la dialoqa hazırdır: hər şey qarşı tərəfdən asılıdır

15.05.2019 19:45
106
Putin ABŞ-la dialoqa hazırdır: hər şey qarşı tərəfdən asılıdır


Rusiya ABŞ-la dialoqun təşkil olunmasına tam hazırdır.


Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.


O bildirib ki, bunun üçün rəsmi Vaşinqtonda zəruri daxili siyasi şərait mövcud olmalıdır:


“Biz dialoqa açığıq, iş bizdə deyil, iş bizim amerikalı tərəfdaşlarımızdadır. Onlarda siyasi şərait uyğun olan kimi, biz də öz növbəmizdə öhdəmizə düşən işləri görməyə hazırıq” (trend).


V.Putin ümidvar olduğunu bildirib ki, bu şərtlər tədricən yaranmaqdadır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND