Ramil Usubovdan daha bir TƏYİNAT


06.05.2019 15:50
170
Ramil Usubovdan daha bir TƏYİNAT

Daxili işlər orqanlarında daha bir təyinat olub. 


Ekspress.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.


Sözügedən xəbəri Ağcabədi Rayon Polis Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.


Qeyd edək ki, A.Həsənov bundan əvvəl Yevlax Rayon Polis şöbəsi rəisinin xidmət üzrə müavini olub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND