• 19 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 18 °C Naxçıvan
  • 22 °C Bakı

Yeyinti məhsullarının idxalına çəkilən xərc artıb

16.05.2019 11:36
30
Yeyinti məhsullarının idxalına çəkilən xərc artıb

2019-cu ilin yanvar-aprel dövründə Azərbaycana 530 milyon 116 min dollar dəyərində yeyinti məhsulları idaxl olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84 milyon 332 min dollar və ya 19% çoxdur.

 

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, ən çox buğda idxalı artıb. Buğda idxalı 46 milyon 108 min dollar artaraq 117 milyon 79 min dollar təşkil edib. Ötən ilin ilk 4 ayında buğda idxalına 70 milyon 971 min dollar xərclənmişdi.

 

Eyni zamanda, ət, süd, çay, meyvə-tərəvəz idxalına sərf edilən valyuta artıb (ətraflı aşağıdakı cədvəldə).

 

Azərbaycanın idxalının 11.65%-i yeyinti məhsullarının payına düşür.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND